Putin İrəvanın “şah damar”ını sıxdı – Təhlükəli gediş

“Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib ki, ölkəsi Avrasiya İqtisadi İttifaqının dekabrda keçiriləcək Sankt-Peterburq Sammitində iştirak etməlidir. Simonyan Paşinyanın MDB dövlət başçılarının qeyri-formal görüşündə iştirakından bəhs etmir”.

Bu sözləri Globalinfo.az-a politoloq Züriyə Qarayeva deyib.

Züriyə Qarayeva

Onun sözlərinə görə, Paşinyan bundan öncə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Belarusun paytaxtı Minskdə keçirilmiş toplantısında iştirakdan imtina etmişdi:

“2022-ci ilin noyabrında KTMT-nin İrəvanda baş tutmuş, Rusiya prezidentinin də qatıldığı sammitdə baş nazir N.Paşinyan təşkilatı faydasız qurum kimi təqdim etmişdi. Budəfəki görüşdə isə Paşinyandan fərqli yanaşma gözlənilir. Çünki Rusiya artıq Ermənistana təzyiqləri gücləndirməyə başlayıb. Lars keçid məntəqəsinin bağlanması Ermənistanı daha acınacaqlı duruma gətirib. Vəziyyətin uzun müddət davam etməsi isə Rusiya rəsmilərinin xəbərdarlıqlarına uyğun olaraq, bu ölkənin siyasi varlığının sual altına düşməsi ilə nəticələnə bilər.

Görüşdə Azərbaycan Prezidenti ilə baş nazir Paşinyan arasında təmasların olub-olmayacağı haqda rəsmi məlumat paylaşılmayıb. Sülhə töhfə verəcək, Ermənistanı bu yola yaxınlaşdıracaq təmaslardan Bakı heç vaxt yayınmayıb”.

Turan Rzayev
Globalinfo.az