Putin Federal Məclisə müraciət edir – CANLI

Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə müraciət edir.

Globalinfo.az xəbər verir ki, tədbir Moskvada “Qostinoy dvor”da keçirilir.

Bu, Rusiya liderinin Federal Məclisə sayca 19-cu müraciətidir.

Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə müraciətində deyib ki, Rusiya istənilən çağırışa cavab verə biləcəyini sübut edib.

Onun sözlərinə görə, Rusiyanın strateji nüvə qüvvələri tam hazırlıq vəziyyətindədir.

V.Putin qeyd edib ki, “Çirkon” dəniz əsaslı hipersəs hücum kompleksi artıq döyüşlərdə istifadə olunub: “Bu sistem artıq xidmətdədir, üstəlik “Sarmat” kompleksi də qoşunlara təhvil verilib və bunu tezliklə nümayiş etdirəcəyik”.

O vurğulayıb ki, Rusiyada yeni silahlar üzərində işlər davam etdirilir və tezliklə onlar haqqında məlumat veriləcək.