Putin ETİRAF ETDİ: “Döyüş zonasında 600 mindən çox insan qalıb”

“Döyüş zonasında 600 mindən çox insan var”.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin deyib.

Kreml rəhbəri əmin edib ki, Rusiya hərbi əməliyyatlarda qarşıya qoyulan bütün tapşırıq və məqsədlərinə nail olacaq.

“Bizim tarixi ərazilərimizdə ruslar titulsuz millət elan edilib”, – deyə Putin vurğulayıb.

Rusiya lideri əlavə edib ki, SSRİ dağılandan sonra Ukraynanın faktiki “ağa”ları millətçilər olub.

Əliyar Xəlil,

Globalinfo.az