Putin Durovla Bakıda görüşməsi iddiasından danışdı: “Cəmi bir dəfə…”

“Azərbaycana səfərim zamanı “Telegram”ın qurucusu Pavel Durovla görüşüm olmayıb, onun Bakıda olduğunu bilmirdim”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

O, Durovla cəmi bir dəfə görüşdüyünü bildirib:

“Onunla bir dəfə, illər əvvəl Moskvada görüşmüşəm. Durov biznesin inkişafı ilə bağlı planlarından danışırdı. Rusiya Federasiyasının hakimiyyət orqanları digər ölkələrdən fərqli olaraq Durova qarşı heç bir iddia irəli sürməyib. Fransa hakimiyyətinin hərəkətləri qeyri-müəyyəndir. Əgər Durovla belə rəftər edilirsə, eyni əsasla başqaları da həbs olunmalıdır”.

Qeyd edək ki, Rusiya Prezidentinin Bakıya səfəri zamanı Pavel Durovla şəxsən görüşdüyü iddia olunurdu.

Ayşən Mustafa
Globalinfo.az