Putin ad günündə bu liderləri dəvət etməyəcək

Oktyabrın 7-də MDB dövlət başçılarının qeyri-rəsmi sammiti planlaşdırılmır.

Yenicag.az Trend-ə istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“İş tədbirləri nəzərdə tutulub, sizə vaxtında məlumat verəcəyik”, – deyə Peskov bildirib.

Qeyd edək ki, MDB liderlərinin qeyri-rəsmi görüşü, adətən, hər il Putinin ad günündə keçirilirdi.