Rusiyanın Krasnodar diyarının Novorossiysk şəhərində fövqəladə vəziyyət elan edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə şəhər meri bildirib.
Qeyd edək ki, Ukrayna bu gün Novorossoysk şəhərinə kütləvi PUA hücumu edib.
Nəticədə şəhərdə yaşayış binalarına və avtomobillərə ziyan dəyib. İki dinc sakinin öldüyü, 8 nəfərin yaralandığı bildirilib.
***15:49
Ukraynanın Rusiyanın Novorossiysk şəhərinə kütləvi PUA hücumu zamanı Xəzər Boru Kəməri Konsorsiumunun ofisi zədələnib.
Globalinfo.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
Bildirilib ki, kütləvi dron hücumu nəticəsində Xəzər Boru Kəməri Konsorsiumunun ofisi zədələnib və iki işçi yaralanıb.













