Priqojindən məğlubiyyət mesajı: Baxmutdan çıxırıq! – VİDEO

Priqojindən məğlubiyyət mesajı: Baxmutdan çıxırıq! - VİDEO

Rusiyanın “Vaqner” özəl qruplaşmasının rəhbəri Yevgeni Priqojin Baxmutdan çıxacaqlarını açıqlayıb.

Globalinfo.az xəbər verir ki, o, əsgərləri ilə birlikdə yer aldığı videonu yayımlayaraq ciddi sursat çatışmazlığının olduğunu, bu səbəbdən Baxmutdakı mövqelərini Rusiya Federasiyasının qoşunlarına təhvil verəcəklərini bildirib.

Priqojin Rusiya müdafiə naziri Sergey Şoyqu və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovu günahlandırıb və onları təhqir edib.

Ayşən Mustafa
Globalinfo.az