Priqojindən maraqlı açıqlama: “Axmaq havada gördüyü hər şeyi vurdu”

Priqojindən maraqlı açıqlama: “Axmaq havada gördüyü hər şeyi vurdu”

“Vaqner” muzdluları üsyan zamanı Rusiya ordusuna məxsus İl-22M təyyarəsini də vurublar.

Globalinfo.az xəbər verir ki, bu barədə “Oryx” yazıb.

Rusiyanın Birinci kanalının müxbiri İrina Kuksenkova iddia edir ki, təyyarənin göyərtəsindəki 10 nəfərin hamısı həlak olub:

“Cənub Hərbi Dairəsi qərargahında Priqojindən bu barədə soruşdular, o isə cavab verdi ki, kolondakı axmaq PVO-çu ( HHM silahında istifadə edən) uçan hər şeyi vurub”.

Jurnalistin sözlərinə görə, Y.Priqojin ölənlər üçün təzminat ödəməyə də hazır olduğunu bildirib.

Tahir Turan
Globalinfo.az