Putinin Priqojinlə bağlı planı – Tezliklə elan ediləcək

Putinin Priqojinlə bağlı planı - Tezliklə elan ediləcək

“Kreml “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojini satqın elan etməyə hazırlaşır”.

Globalinfo.az xəbər verir ki, bu məlumatı ABŞ Müharibə Tədqiqatları İnstitutu yayıb.

İnstitut Kremlin bu addımı yaxın zamanlarda atmayacağını bildirib:

“Kremldəki mənbələr məlumat verir ki, Rusiya Prezident Administrasiyası Priqojinin diskreditasiyası ilə bağlı informasiya əməliyyatı hazırlayır. Bununla belə, “Vaqner”in ön cəbhədə olduğu müddətdə Kreml onu təhdid etməyəcək. Priqojininin hazırkı zamanda vəzifəsindən uzaqlaşması rusların Baxmutdakı mövqelərini dağıda bilər. Vladimir Putin isə buna getməyəcək”.

Təşkilat Priqojinə hücumdan əvvəl Kremlin “Vaqner”i onun nəzarətindən çıxaracağını vurğulayıb.

İlkin Həsənov
Globalinfo.az