Növbədənkənar prezident seçkilərinə az müddət qalıb. İctimaiyyətdə əsas maraq doğuran məsələlər içərisində prezidentliyə namizədlərin seçki portfelində sosial-iqtisadi vəziyyətlə bağlı hansı məqamların yer almasıdır.
Mövzu ilə bağlı Globalinfo.az-a danışan BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı qeyd edib ki, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının idarə heyətində namizəd Qüdrət Həsənquliyevin seçki platformasını müzakirə edilir:
“Böyük və əhatəli platforma hazırlanır. Buraya iqtisadi, sosial və digər sahələr də daxildir. Mərkəzi Seçki Komissiyasında (MSK) namizədlik tam təsdiq olunduqdan sonra təşviqat, təbliğat kampaniyası baş verdikdə ictimaiyyətə daha ətraflı məlumat veriləcək”.
Niyaməddin Orduxanlı
Namizədlər sırasında olan Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa isə qeyd edib ki, 7 fevral seçkiləri ilə bağlı ayrıca seçki platforması hazırlanıb:
Fazil Mustafa
“Burada da bütün sahələrə aid (sosial, iqtisadi, sağlamlıq, təhsil, xarici siyasət , idarəetmə və s.) məsələlər əhatə edilib. Təşviqat və təbliğat prosesi başlandıqdan sonra ictimaiyyətə məlumat veriləcək”.
Safura Bənnayeva
Globalinfo.az














