Prezidentin köməkçisi tanınmış jurnalistin vəfatından yazdı

Prezidentin köməkçisi tanınmış jurnalistin vəfatından yazdı

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Moderator” saytının rəhbəri, tanınmış jurnalist Zülfüqar Hüseynzadənin vəfatı ilə əlaqədar başsağlığı verib. 

Globalinfo.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev öz tvitter hesabında paylaşım edib.

“Allah rəhmət eləsin! Vətənini və dövlətini sevən vətəndaş və jurnalist idi. Azərbaycan jurnalistikası üçün böyük itkidir. Doğulduğu və boya-başa çatdığı, 30 il həsrətində olduğu Kəlbəcəri xüsusi yanğı və məhəbbətlə sevirdi. Son mənzili də Kəlbəcər oldu”-deyə, paylaşımda qeyd edilir.