Xəbər verdiyimiz kimi, hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində Əməkdar artist Cabir İmanovla vida mərasimi keçirilir.
Globalinfo.az “Unikal”a istinadən xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva vida mərasiminə əklil göndəriblər.
Qeyd edək ki, Əməkdar artist Cabir İmanov dünən Bakıda idman zalında infarktdan vəfat edib.














