defn0

Əməkdar artist Cabir İmanov dəfn edilib.

Globalinfo.az xəbər verir ki, mərhum Yasamal qəbiristanlığında torpağa tapşırılıb.

Mərasimdə mərhumun yaxınları, sənət yoldaşları, bir sıra rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak edib.

***14:38

Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzində Əməkdar artist Cabir İmanovla vida mərasimi keçirilib.

Globalinfo.az xəbər verir ki, mərasimdə mərhumun ailə üzvləri, dostları, incəsənət və mədəniyyət xadimləri iştirak edib.

***12:24

Əməkdar artist Cabir İmanovla vida mərasimi başlayıb.

Globalinfo.az bildirir ki, vida mərasimi hazırda Şəhriyar adına Mədəniyyət Mərkəzində keçirilir.

Mərasimdə Cabir İmanovun yaxınları, sənəd adamları və ictimaiyyət nümayəndələri iştirak edir.

Qeyd edək ki, Cabir İmanov ötən gün günorta saatlarında ürəktutmasından vəfat edib.

C.İmanov 22 iyun 1976-cı ildə Bakı şəhərində anadan olub. 1983–1993-cü illərdə Bakı şəhəri 189 saylı məktəbdə oxuyub. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutuna qəbul olub və 1997-ci ildə həmin institutu bitirib.

1992–2001-ci illərdə “Parni iz Baku” şən hazırcavablar klubunun üzvü olub. 1992-ci ildə KVN çempionu, 1995-ci ildə Şən Hazırcavablar Klubunun Yay Kubokunun sahibi və 2000-ci ildə Şən Hazırcavablar Klubu “Əsrin Çempionu” olub. 2001-ci ildən “Planet Parni iz Baku” Şən Hazırcavablar Klubu Teatrının aktyoru olub. 2015-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb. 2021-ci ildə isə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub.

Ailəli idi, 4 övladı var.

5eac6a3d 6e0a 4b56 bd27 a24f27be8e87 1
19abc35c 67b7 41fc 95b3 c7e49757f066
3198c045 4765 44b8 bc01 c41f6ab63521 1
63d2f31d 5b3f 4f26 8b16 6e11d0a9f34e
527586ab 7243 4ed4 a770 387983a3f275
c865e6d4 ec7f 4e62 8d0e 2e28be9d73f7
4c1723fa 8fd0 45d2 b295 10c3fdc0b71a
8c952936 30c6 4c7d 969a c4802fdde4ed
38e8024d b85d 4e43 838a df756727377f
244a923e 041d 4a9f 8644 3203464be089
e7e7ce5a c2a3 413a 9693 b0d0efc98220
f7ea3acd 2cf5 4625 9b1e 128767ccca8a
344d8223 f673 46fb 8796 e38e0b029d88
e60f8dec dc89 4310 a0e7 d1447d01a3a5

Paylaş: