Prezident Cəbrayıla getdi – YENİLƏNİB

 

Prezident İlham Əliyev Cəbrayılda “Holcim Azərbaycan” ASC-nin, “Az-Tex-Import” MMC-nin, “İmprotex Qarabağ Sənaye Kompleksi” MMC-nin təməlini qoyub.

Globalinfo.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

X X X

Prezident İlham Əliyev Cəbrayılın Horovlu kəndinin təməlini qoyub.

Globalinfo.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

X X X

Prezident İlham Əliyev Cəbrayıl şəhərində Akademik Mehdi Mehdizadə adına 960 şagird yerlik orta məktəbin binasında tikinti işlərinin gedişi ilə tanış olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

X X X

Prezident İlham Əliyev Cəbrayılın Şükürbəyli kəndinin təməlini qoyub.

Globalinfo.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

X  X X

Prezident İlham Əliyev “Azərenerji” ASC-nin “Cəbrayıl” enerji qovşağının açılışında iştirak edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

X X X

Prezident İlham Əliyev “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Avto Lizinq Azərbaycan” MMC-nin tikintisi ilə tanış olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

X X X

Prezident İlham Əliyev Cəbrayıl rayonunda Xudafərin qəsəbəsinin təməlini qoyub.

Globalinfo.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Cəbrayıl rayonuna səfər edib.

Globalinfo.az xəbər verir ki, dövlətimizin başçısı Xudafərin qəsəbəsinin təməlini qoyub, “Azərenerji” ASC-nin “Cəbrayıl” enerji qovşağının açılışında iştirak edib, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Avto Lizinq Azərbaycan” MMC-nin tikintisi ilə tanış olub, “Holcim Azərbaycan” ASC-nin, “Az-Tex-Import” MMC-nin, “İmprotex Qarabağ Sənaye Kompleksi” MMC-nin, Şükürbəyli kəndinin təməlini qoyub, Cəbrayıl şəhərində Akademik Mehdi Mehdizadə adına 960 şagird yerlik orta məktəbin binasında tikinti işlərinin gedişi ilə tanış olub, Horovlu kəndinin təməlini qoyub.

***13:31

Prezident İlham Əliyev Zəngilan şəhərində otel kompleksinin təməlini qoyub.

Globalinfo.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

X X X

Prezident İlham Əliyev Zəngilanda Cahangirbəyli kəndinin təməlini qoyub.

Globalinfo.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

X X X

Prezident İlham Əliyev 91 çarpayılıq Zəngilan Rayon Mərkəzi Xəstəxanasının təməlini qoyub.

Globalinfo.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Zəngilan rayonuna səfəri zamanı “Azərenerji” ASC-nin “Sarıqışlaq” Su Elektrik Stansiyasında tikinti işlərinin gedişi ilə tanış olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Zəngilan rayonuna səfər edib.

Globalinfo.az xəbər verir ki, dövlət başçısı Zəngilan şəhərində inzibati binanın təməlini qoyub.

X X X

Prezident İlham Əliyev Zəngilan şəhərində Konqres Mərkəzinin tikintisi ilə tanış olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Zəngilan rayonuna səfər edib.

Globalinfo.az xəbər verir ki, dövlət başçısı Zəngilan şəhərində Konqres Mərkəzinin tikintisi ilə tanış olub, inzibati binanın təməlini qoyub, “Azərenerji” ASC-nin “Sarıqışlaq” Su Elektrik Stansiyasında tikinti işlərinin gedişi ilə tanış olub, otel kompleksinin, 91 çarpayılıq Zəngilan Rayon Mərkəzi Xəstəxanasının və Cahangirbəyli kəndinin təməlini qoyub.

***11:26

Prezident İlham Əliyev Qubadlı şəhərində 91 çarpayılıq Mərkəzi Xəstəxananın təməlini qoyub.

Globalinfo.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

X X X

Azərbaycan Prezidenti İlham Əliyev Qubadlının Zilanlı kəndinin təməlini qoyub.

Globalinfo.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

X X X

Azərbaycan Prezidenti İlham Əliyev Qubadlının Mahruzlu kəndinin təməlini qoyub.

Globalinfo.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

X X X

Azərbaycan Prezidenti İlham Əliyev Qubadlının Xanlıq kəndinin təməlini qoyub.

Globalinfo.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Qubadlı şəhərində 600 şagird yerlik tam orta məktəb binasının təməlinin qoyulması mərasimində iştirak edib.

Globalinfo.az xəbər verir ki, dövlət başçısına məktəb binası ilə bağlı məlumat verildi.

Bildirildi ki, məktəb Qubadlı şəhəri, Dondarlı kəndi və ona bitişik açıq ərazidə inşa olunacaq. Təhsil ocağı və ona məxsus açıq ərazilər yaşayış sahələri ilə əhatə olunacaq. Məktəbin həyətyanı ərazisindəki idman qurğularından və oyun meydançalarından axşamlar və həftə sonları ictimaiyyət nümayəndələri də istifadə edə biləcəklər.

Qeyd edildi ki, məktəb binası modul tipli sinif otaqlarından istifadə olunmaqla layihələndirilib. Təbii işıqla işıqlandırılmış daxili məkanlar məktəbin enerji tələbatını minimuma endirəcək. Binanın strukturu uyğunlaşan sistemdir və şəhərin böyüməsi ilə bağlı şagird sayı artdıqca genişləndirilə bilər.

Dövlət başçısı məktəb binasının təməlini qoydu.

Qubadlı şəhərində 600 şagird yerlik tam orta məktəbin təməli qoyulub - YENİLƏNİB Qubadlı şəhərində 600 şagird yerlik tam orta məktəbin təməli qoyulub - YENİLƏNİB

X X X

Prezident İlham Əliyev Qubadlı şəhərində inzibati binanın təməlini qoyub.

Globalinfo.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin təməlinin qoyulması mərasimində iştirak edib.

Globalinfo.az xəbər verir ki, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev dövlət başçısına yaşayış məhəlləsi barədə məlumat verdi.

Bildirildi ki, ümumi sahəsi 2,6 hektara yaxın olan yaşayış məhəlləsinin yerləşdiyi ərazi çay və dağ mənzərəsi ilə əhatə olunub. Məhəllə şəhərin təsdiq edilmiş ümumi Baş planına uyğun salınacaq. Bu məhəllədə binaların üçmərtəbəli və dördmərtəbəli olması planlaşdırılır.

Ümumilikdə məhəllədə 156 mənzilin tikintisi nəzərdə tutulur. Mənzillərdən 48-nin ikiotaqlı, 68-nin üçotaqlı, 20-sinin dördotaqlı və 20-sinin isə beşotaqlı olması planlaşdırılır. Binaların inşasında müasir memarlıq yanaşmalarından və milli naxış elementlərindən istifadə olunacaq.

Məhəllədə idman meydançalarının, istirahət guşələrinin, velosiped dayanacaqlarının və digər zəruri infrastruktur obyektlərinin yaradılması, geniş yaşıllıq zolaqlarının salınması nəzərdə tutulur. Bütün binalar daimi su, elektrik və yüksəksürətli internet ilə təmin ediləcək. İstilik və isti su təchizatı mərkəzi qazanxana sistemi ilə həyata keçiriləcək. Binaların inşasında istilik tutumlu təbii inşaat materiallarından istifadə olunacaq.

Dövlətimizin başçısı Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin təməlini qoydu.

Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin təməli qoyulub - YENİLƏNİB Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin təməli qoyulub - YENİLƏNİB

X X X

Mayın 4-də Laçın rayonunun Güləbird kəndinin təməli qoyulub.

Globalinfo.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təməlqoyma mərasimində iştirak edib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Azərbaycan Prezidentinə kənddə görüləcək işlər barədə məlumat verdi.

Bildirildi ki, Güləbird kəndində ümumilikdə 581 ailənin məskunlaşması planlaşdırılıb. Layihələndirilən ərazinin ümumi sahəsi 172 hektardır. Birinci mərhələdə kəndə 150 ailənin köçürülməsi üçün fərdi evlərin inşası planlaşdırılır. Kənddə tikiləcək evlər ikiotaqlı, üçotaqlı, dördotaqlı və beşotaqlı olacaq. İkiotaqlı evlərin sahəsi 70, üçotaqlılar 88, dördotaqlılar 103, ikimərtəbəli olacaq beşotaqlıların sahəsi isə 120 kvadratmetr təşkil edəcək. Burada, həmçinin 432 şagird yerlik məktəb, 80 yerlik uşaq bağçası tikiləcək.

Qeyd olundu ki, Güləbird kəndində əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılacaq. Kənddə klub icma, ailə sağlamlıq və idman sağlamlıq mərkəzləri və digər zəruri infrastruktur obyektləri inşa olunacaq. Burada istirahət parkı salınacaq, idman və uşaq meydançaları yaradılacaq, ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək. Dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq, bütün işlər ən yüksək səviyyədə yerinə yetiriləcək.

Prezident İlham Əliyev Güləbird kəndinin təməlini qoydu.

Laçın rayonunun Güləbird kəndinin təməli qoyulub - YENİLƏNİB Laçın rayonunun Güləbird kəndinin təməli qoyulub - YENİLƏNİB

X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Laçın və Qubadlı rayonlarına səfər edib.

Globalinfo.az xəbər verir ki, dövlətimizin başçısı Laçın rayonunda Güləbird kənd yaşayış məntəqəsinin, Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın, Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməllərini qoyub.