Polşa XİN Rusiya ilə bağlı qərar verdi

Polşa XİN Rusiya ilə bağlı qərar verdi

Polşa Rusiyanın Poznandakı Baş Konsulluğunu bağlayacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski deyib.

Onun sözlərinə görə, konsulluğun əməkdaşları persona non-qrata elan ediləcək və Polşa ərazisini tərk etməli olacaqlar.

Bu addım Rusiyanın xüsusi xidmət orqanlarının Vroslavda təxribat təşkil etmək cəhdlərindən sonra atılıb.

“Rusiya Qərb ölkələrinə, o cümlədən Polşaya qarşı hibrid müharibə aparır. Məndə olan məlumata görə, təxribat cəhdlərinin arxasında Rusiya xüsusi xidmət orqanları dayanır”, – deyə XİN rəhbəri vurğulayıb.

Polşa Xarici İşlər Nazirliyinin mətbuat katibi Pavel Vronski əlavə edib ki, konsulluq yaxın günlərdə fəaliyyətini dayandıracaq, əməkdaşlarından isə ölkəni tərk etmək tələb olunacaq.

Müşviq Tofiqoğlu
Globalinfo.az