Polşa təkmilləşdirəcək, Ukrayna istifadə edəcək

Polşa təkmilləşdirəcək, Ukrayna istifadə edəcək

Qərb Ukraynaya BTR-70 verəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə “Army Recognition” məlumat yayıb.

Polşada modernləşdirilən hərbi texnikanın Ukraynaya ötürülməsi imkanları nəzərdən keçirilir.

Polşaya məxsus “Mista” şirkəti 150-dən çox BTR-70 zirehli transportyorun modernləşdirilməsi üzərində işləyir. Texnikanın sifarişçisinin adı açıqlanmır.

Nəşrin iddiasına görə, təkmilləşdirilən hərbi texnika Kiyevə verilə bilər.

Əliyar Xəlil
Globalinfo.az