Polşa Prezidenti bu qanuna veto qoydu

Polşa Prezidenti bu qanuna veto qoydu

Polşa Prezidenti Anjey Duda dövlət mediasının maliyyələşdirilməsini nəzərdə tutan büdcə qanununa veto qoyub.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə Duda sosial şəbəkədə bildirib.

“Mən dövlət mediası üçün 3 milyard zlotı (760 milyon dollar) daxil olan 2024-cü il büdcə qanununa veto qoymağa qərar verdim. Konstitusiyanın və demokratik hüquqi dövlət prinsiplərinin kobud şəkildə pozulmasına yol verilməməlidir”, – o yazıb.

Prezidentin sözlərinə görə, parlament çoxluğunun büdcə qanunu vasitəsilə dövlət mediasının maliyyələşdirilməsinə pul ayırmaq cəhdi qəbuledilməzdir.