PKK Türkiyə hərbçilərinə hücum etdi: çavuş şəhid oldu

İraqın şimalında PKK terror qruplaşmasının hücumu nəticəsində Türkiyənin bir hərbçisi şəhid olub, ikisi yaralanıb.

Globalinfo.az xəbər verir ki, məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, fevralın 3-də İraqın şimalında antiterror əməliyyatı bölgəsində PKK terror qruplaşmasının hücumu nəticəsində çavuş Kadir Dingil şəhid olub, iki hərbçi yaralanıb. Yaralılar hospitala yerləşdirilib.