Pezeşkian Rusiyaya səfər edəcək

Pezeşkian Rusiyaya səfər edəcək

İran Prezidenti Məsud Pezeşkian Rusiyaya səfər edəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı “Tasnim” agentliyi yayıb.

Bildirilir ki, Pezeşkian oktyabrın 22-24-də Kazanda baş tutacaq BRICS sammitində iştirak edəcək.

Məlumata görə, İran prezidenti sammitdə iştirakla bağlı Kremldən rəsmi dəvət alıb.