Pezeşkian “düşmənləri” sevindirdi: İran üçün yeni tarix yazıla bilər

Pezeşkian "düşmənləri" sevindirdi: İran üçün yeni tarix yazıla bilər

İranın yeni prezidenti Məsud Pezeşkian rəsmi olaraq vəzifəsinin icrasına başlayıb və bu, Qərblə münasibətlərin yaxşılaşması, ölkədə daxili senzuraya, o cümlədən iqtisadiyyata yeni yanaşma ümidlərini artırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Guardian” nəşrinin məqaləsində qeyd olunur.

Dörd illik prezidentliyinin başlanmasına həsr olunmuş andiçmə mərasimində Məsud Pezeşkian bildirib ki, İran xalqı dəyişikliklərə səs verib, həmçinin Qərblə konstruktiv əməkdaşlıq vəd edib. Nəşr yazır ki, Pezeşkian bir sıra islahatçı nümayəndələri rəsmi vəzifələrə gətirəcək. İranın keçmiş prezidenti olan 72 yaşlı islahatçı Məhəmməd Rza Arefi birinci vitse-prezident təyin etməsi bu baxımdan diqqət çəkib.

Nəşr Pezeşkianın seçilmədən öncəki çıxışlarında verdiyi mesajlrı xatırladıb. O, seçki kampaniyaları zamanı İranın ABŞ-ın sanksiyalarından qurtulmalı olduğunu deyib. Həmçinin bildirib ki, Tehran terrorizmin maliyyələşdirilməsi və çirkli pulların yuyulmasına qarşı mübarizə aparan qlobal nəzarət orqanı olan Maliyyə Fəaliyyət İşçi Qrupunun qara siyahısından çıxmadan istədiyi iqtisadi artıma nail olacağına ümid edə bilməz. Qəzetin iddiasına görə,bu, danışıqların bir ildən çox dalana dirənməsindən sonra İranın nüvə proqramı ilə bağlı Qərblə diplomatik dialoqu bərpa etməli olması deməkdir.

Ayşən Mustafa
Globalinfo.az