Peskov: “Türkiyənin mövqeyi münasibətlərimizi korlamayacaq”

“İsveçrədə keçirilmiş Ukrayna üzrə Sülh Sammitinin kommünikesini imzalayan Macarıstan, Serbiya və Türkiyənin mövqeyi onların Rusiya ilə münasibətlərini korlamayacaq”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib.

Qeyd edək ki, kommünikesini imzalayanların sayı 80-dən 78-ə enib, imzalamayan ölkələrin sayı isə 15 olub. İraq və İordaniyanın imzalarını geri çəkməsinin səbəbi bəlli deyil.

Əliyar Xəlil
Globalinfo.az