“Putinin səhhətində heç bir problem yoxdur”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O bildirib ki, prezidentin etdiyi müayinələr adi tibbi yoxlamalardır.
Peskov Putinin tamamilə sağlam həyat tərzi sürdüyünü deyib
“Biz müntəzəm tibbi müayinələri nəzərdə tuturuq”, – deyə Peskov vurğulayıb.
Xatırladaq ki, hökumətlə bugünkü görüşdə Putin qeyd edib ki, o, müntəzəm olaraq tibbi müayinədən keçir.
Müşviq Tofiqoğlu
Globalinfo.az