Rusiya Makronu hədələdi: “Təhlükəli təklifdir”

“Qərb Ukraynaya əsgər göndərmək qərarına gələrək “odla oynayır”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O bildirib ki, Fransa lideri Emmanuel Makron tərəfindən belə bir təklifin ortaya atılması faktının özü təhlükəlidir.

“Biz Fransa tərəfindən çoxlu sayda ziddiyyətli bəyanatların səsləndirildiyini görürük. Fransa Rusiyanı məhv etmək üçün Ukraynaya xarici hərbi kontingent göndərməyə çalışır. Doğrudur, Fransanın xarici işlər naziri bu ehtimalı rədd edir. Ancaq hər bir halda belə bir məsələnin müzakirəsi də çox təhlükəlidir. Onlar “odla oynayır”. Bütün bunlar vəziyyətin daha da pisləşməsinə gətirib çıxarır”, – Peskov bildirib.

Peskov əlavə edib ki, Rusiya siyasi və diplomatik danışıqlar üçün açıq ölkədir, lakin məqsədlərə nail olmaq, maraqları təmin etmək lazımdır.

Əliyar Xəlil
Globalinfo.az