İrəvanın Putin əleyhinə qərarına Rusiyadan reaksiya

İrəvanın Putin əleyhinə qərarına Rusiyadan reaksiya

“Rusiya Prezidenti Vladimir Putinin müttəfiqimiz Ermənistana səfərdən imtina etməsini istəməzdim”.

Globalinfo.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov Ermənistan parlamentinin Roma Əsasnaməsinin ratifikasiyasını təsdiqlənməsinə münasibətdə bildirib.

“Ermənistan Rusiyaya dost ölkə, müttəfiq və tərəfdaşdır. Təbii ki, bizim qardaş erməni xalqı ilə çoxlu ümumi cəhətlərimiz var. Şübhə etmirik ki, bu, bizi həmişəlik birləşdirəcək. Rusiya və KTMT ilə əməkdaşlıq Ermənistanın təhlükəsizliyinə tam zəmanət verir. Bizim Ermənistan rəhbərliyinə Roma Əsasnaməsinin ratifikasiyası ilə bağlı yeni suallarımız var. Bu suallar öncədən qarşı tərəfə ötürülüb”, – Peskov deyib.

Qeyd edək ki, Ermənistan parlamenti Roma Əsasnaməsinin ratifikasiyasını təsdiqləyib. Beləliklə Vladimir Putin bundan sonra Ermənistana səfər edəcəyi zaman həbs oluna bilər.

Ayşən Mustafa
Globalinfo.az