Pentaqon rəhbəri Yaxın Şərqə səfər edəcək

Pentaqon rəhbəri Yaxın Şərqə səfər edəcək

ABŞ-ın müdafiə naziri Lloyd Ostin Yaxın Şərqə bir neçə günlük səfər edəcək.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Patrik Rayder məlumat verib.

O əlavə edib ki, səfər zamanı Pentaqonun rəhbəri Vaşinqtonun Yaxın Şərq regionu ölkələri qarşısında götürdüyü öhdəliklərə sadiqliyini bir daha təsdiqləmək niyyətindədir.