“Pensiya sadəcə sosial, yaxud iqtisadi məsələ deyil, bu, həm də siyasi məsələdir”.
Globalinfo.az xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisin mayın 24-də keçirilən plenar iclasında deyib.
Deputat müxətlif peşələrdə çalışan şəxslərin pensiya yaşına çatdıqdan sonra da çalışmasına şərait yaradıla biləcəyini qeyd edib:
“Müəllim, həkimlik kimi peşələrdə çalışanların sağlamlıq durumu imkan verirsə, onların pensiya yaşına çatdıqdan sonra da çalışmalarına icazə verilməlidir. Həmçinin sağlamlıq vəziyyəti işləməyə imkan verməyən şəxslərin erkən pensiyaya çıxmasına da şərait yaradılmalıdır”.
Ayşən Mustafa
Globalinfo.az














