Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinə görə məsuliyyəti ilk növbədə Rusiya sülhməramlıları daşıyır.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentində çıxışı zamanı Xarici Münasibətlər Komissiyasının rəhbəri Eduard Ağacanyan deyib.
“44 günlük müharibə və 9 noyabr bəyanatının imzalanması nəticəsində Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonası formalaşdı. Oradakı ermənilərin təhlükəsizliyinin zəmanətçisi sülhməramlı kontingentdir”, – Ağacanyan müxalifətin hökumətə sərt ittihamlarına cavabında bildirib.
Qeyd edək ki, bundan öncə Ermənistan Qarabağdakı ermənilərin təhlükəsizliyinə əsas zəmanətçinin özü olduğunu bildirirdi. II Qarabağ müharibəsindən sonra Paşinyan administrasiyası bu iddiasından geri çəkilib.
İlkin
Globalinfo.az













