“Bir daha demək istəyirəm ki, Qarabağ nümayəndələrinin çatdırmaq istədikləri formada ermənilərin Qarabağa geri qayıtmaq təsəvvürlərinin real olduğunu düşünmürəm. Bu təsəvvürü formalaşdıran adamlar zamanında eyni məntiqlə Qarabağın (Qondarma DQR-red.) buraxılması haqqında əmr verib, dərhal oranı tərk etmişdilər.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan deyib.
“2023-cü ilin sentyabrında sosial şəbəkədə müxalifət məni ittiham edirdi ki, Qarabağ ermənilərinin oranı tərk etməsinə imkan vermirəm. Hətta indi – bir il keçdikdən sonra belə məni Qarabağ ermənilərinin Qarabağa qayıtmasına imkan verməməkdə günahlandırırlar. Təqdim edilən bu mahiyyət, məncə, Ermənistanın dövlət maraqlarına ziddir. Biz bunu birbaşa deməliyik.
Mən parlamentin tribunasından deyirdim ki, 1996-cı il Lissabon sammitindən sonra Qarabağ məsələsi Dağlıq Qarabağın məsələsi yox, Ermənistanın məsələsi oldu. Bu Ermənistanın dövlətçiliyinin sıfırlandırılması məsələsi oldu. Zamanla mən buna daha çox əmin oluram. Bu problemi indi bəzilərinin dediyi formada təqdim etmək cəhdləri Ermənistanın maraqlarına ziddir” – deyə o bildirib.
Əliyar Xəlil
Globalinfo.az














