Paşinyan: “Sərhəddəki gərginliyə görə həyat yoldaşımı da günahlandırırlar”

“2022-ci ilin sentyabrında biz nə Roma statusu ilə bağlı nizamnaməni ratfikasiya etmişdik, nə ABŞ-la təlimlər keçirmişdik, nə də Ukraynaya səfərimiz olmuşdu, amma yenə də döyüşlər baş verdi”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin “İctimai” televiziyasına müsahibəsində deyib.

Paşinyan Anna Akopyanın Ukrayna səfəri ilə bağlı səsləndirilən tənqidlərə cavab verib:

“Bir yanda həll edilməli olan sərhəd gərginliyi var. Siz isə Roma statusunu, Ermənistan-ABŞ birgə təlimlərini, hətta həyat yoldaşımın Ukrayna səfərini bu gərginliklə əlaqələndirməyə çalışırsız. Bu gün çalışırıq ki, sərhəd təhlükəsizliyimizin təminatında bizə yardım edəcək əlavə vasitələrimiz olsun.

Roma statusunun Ermənistan-Rusiya münasibətlərinə heç bir aidiyyəti yoxdur. Bu sadəcə KTMT-nin öz öhdəliklərini yerinə yetirməyəcəyi halda təhlükəsizliyimizi təmin edəcək bir faktordur”.

Ayşən Mustafa

Globalinfo.az