Paşinyandan Putinə doğum günü sürprizi: Xaçkarı öpüb, bunu istəyəcək

Paşinyandan Putinə doğum günü sürprizi: Xaçkarı öpüb, bunu istəyəcək

Ermənistanın Müstəqil Dövlətlər Birliyinin oktyabrın 7-8-də keçiriləcək qeyri-rəsmi sammitində hansı səviyyədə təmsil olunacağı hələ açıqlanmayıb. Lakin hökumət dairələrində Baş nazir Nikol Paşinyanın şəxsən gedəcəyinə dair məlumatlar var.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Nəşr yazır ki, sammitə baş nazirin qatılması razılaşdırılıb:

“Məsələ burasındadır ki, oktyabrın 7-si Rusiya Prezidenti Vladimir Putinin doğum günüdür. Hökumət nümayəndələri gözləyir ki, baş nazir Rusiya prezidentini təbrik edəcək və ondan hakimiyyət müddətinin uzadılmasını istəyəcək. Təhlükələrin aradan qalxması üçün o xaçkarı “öpərək” xahiş edə bilər. Çünki başqa çarəsi qalmayıb”.

Nəşrin məlumatına görə, Fransa Prezidenti Emmanuel Makron Ermənistanın müstəqillik günündə – 21 sentyabrda İrəvana səfər edə bilər. Bu isə İrəvanı bir daha Qərb və Moskva arasında sıxışdırır.

Ayşən Mustafa
Globalinfo.az