Paşinyanda Qərb şübhəsi – Ermənistan Rusiyadan imtina referendumunu dayandırır?

Ermənistan Baş naziri Nikol Paşinyan Avropa Birliyinə üzvlük referendumunun keçirilməsi ilə bağlı mövqeyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, Paşinyan digər Ermənistan rəsmilərindən fərqli olaraq referendumun keçirilməsiylə bağlı qəti mövqe sərgiləməyib.

“Mənə camaat deyəcək ki, Avropa Birliyi bu üzvlüyə nə qədər hazırdır? Bu gün mən bu suala cavab verə bilərəmmi? Yox, cavab verə bilmərəm çünki AB-də bizim dəyərləndirməmiz gərəkən proseslər baş verir” – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə Ermənistan spikeri Alen Simonyan qəti şəkildə AB-yə getməyin vacib olduğunu açıqlayıb. O yaxın gələcəkdə ölkədə bununla bağlı referendumun vacib olduğunu bildirib. Onun fikrini Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da müdafiə edib. O, Rusiyanın yanında yer almağın Ermənistana böyük itkilər hesabına başa gəldiyini bildirib.

Əliyar Xəlil
Globalinfo.az