Paşinyana itlərin hücumunu bu şəxs təşkil edib… – Erməni ekspert

Paşinyana itlərin hücumunu bu şəxs təşkil edib... - Erməni ekspert

“Ola bilsin, Nikol Paşinyana itlərin hücumu təşkil olunub”.

Globalinfo.az xəbər verir ki, bunu erməni ekspert Karen Hekimyan yazıb.

O, Paşinyana it hücumuna ironiya ilə yanaşıb.

“2023-cü il fevralın 14-də Gümrü şəhərinin meri Samsonyan Vardces deyib ki, yerli əhali bütün itləri üzdən tanıyır. İndi bir qrup sahibsiz it Gümrüdə təşviş içində qaçan Nikol Paşinyana və onun mühafizəçilərinə hücum edib.

Faktların sadə birləşməsi nəticəsində məlum olacaq ki, Gümrü meri Nikol Paşinyana hansı itlərin hücum etdiyini bilir. İndiyə qədər heç bir it tutulmayıb. Bu o deməkdir ki, Gümrü meri susur. Bilir, amma susur. Nikol Paşinyana it hücumunu Gümrü meri idarə edib, yoxsa itlər şəxsi təşəbbüs göstərib?” – K.Hekimyan bildirib.

Qeyd edək ki, bir qədər əvvəl Ermənistan Baş naziri Nikol Paşinyan Gümrüdə velosiped sürərkən küçə itlərinin hücumuna məruz qalıb.

Əliyar Xəlil
Globalinfo.az