Paşinyan Zəngəzura toxunmağın anonsunu verdi – “Rıbar”

“Ermənistan Baş naziri Nikol Paşinyan deyir ki, lazım gəlsə, Azərbaycanla ərazi mübadiləsi edəcəyik. Lakin Kirants kəndi yaxınlığındakı demarkasiyadan bu yana ancaq Ermənistan ərazi verir, Azərbaycandan güzəşt yoxdur”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya hakimiyyət dairələrinə yaxınlığı ilə seçiliən “Rıbar” Teleqram kanalı yazıb.

“Paşinyan şifahi olaraq bəyan etdi ki, demarkasiya prosesi Zəngəzura da toxuna bilər”, – “Rıbar” bildirib.

Qeyd edək ki, Paşinyan dünən Ermənistanın cənubuna səfəri zamanı Azərbaycanla demarkasiya prosesində torpaq mübadiləsinin ola biləcəyindən danışıb. O, mübadilənin referendumla gerçəkləşəcəyini iddia edib.

Əliyar Xəlil
Globalinfo.az