Paşinyan yenidən səsləndi: “Ermənilər özlərini tanımalıdırlar”

“İnqilab göstərdi ki, cəmiyyət daxilində dəyişikliklər yetişəndq o mütləq baş verir. Heç kim dəyişikliyə müqavimət göstərə bilməz”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan deyib .

“Əgər insanlar hökuməti devirmək istəyirlərsə, bunu edəcəklər. Heç kim buna müqavimət göstərə bilməz. Bu qəribə səslənsə bilər, amma ermənilər çox vaxt sərf etməlidirlər ki, özləri və ictimaiyyəti tanısınlar. Bu gün cəmiyyətdə elə təbəqələr var ki, ya biz bilmirik, ya danışmaq istəmirik. Lakin bir gün onlarla toqquşmalı olacağıq” – deyə o bildirib.

Əliyar Xəlil
Globalinfo.az