Paşinyan və arvadı qonaqlıq verib, pul yığacaqlar

Paşinyan və arvadı qonaqlıq verib, pul yığacaqlar

Yaxın vaxtlarda “Vətəndaş sazişi” Partiyası İrəvandakı restoranlardan birində ziyafət məclisi təşkil edəcək.

Globalinfo.az xəbər verir ki, burada məqsəd seçkiqabağı kampaniya üçün ianə toplanılmasıdır.

Demokratik bir addım kimi səslənsə də, əslində, məsələ bir qədər fərqlidir.

Belə ki, tədbirə dəvət olunan partiya üzvlərindən hər birindən tələb olunur ki, özləri ilə birlikdə məclisə ən azı beş nəfər gətirsinlər.

Onların hər birinin 20000 dram (50 dollar) məbləğində ianə etməsi gərəklidir.

Erməni KİV yazır ki, Nikol Paşinyanla şam etmək o qədər də baha olmasa da, pulun yığılma forması heyrətvericidir.

Zaira Akifqızı
Globalinfo.az