“Ermənistanın Baş naziri Nikol Paşinyan Gümrüyə elə hay-küylə daxil olub ki, sanki Avarayr döyüşü başlayır”.
Globalinfo.az xəbər verir ki, bunu “Hraparak” qəzetinin yazarı, ekspert Hasmik Babacanyan deyib.
Onun sözlərinə görə, Paşinyan Gümrüdə idarəçiliyi ələ almaq üçün komandası ilə birlikdə ciddi şəkildə hərəkətə keçib:
“Döyüşün bütün təfərrüatlarını xatırlayanda istər-istəməz dəhşətə gəlirsən. Sanki Təlmut çayı (Zəngmar çayı) Gümrüdür, rəqib isə Paşinyanla komandasıdır. Məqsədi birdir: onun elit süvariləri və döyüş filləri ilə Gümrünü, həmçinin ətraf yaşayış məntəqələrini tutmaq. Baş nazir korrupsiya ilə oğurlanan sərvətin xalqa qaytarılmasına mane olanlara qarşı mübarizə aparacaqlarını söyləyib. Paşinyan bir çox şəxsin qeyri-qanuni şəkildə ələ keçirdikləri əmlaklarını qorumaq üçün seçkilərdə namizədliklərini irəli sürdüklərini bildirib. İndi də 2018-ci ildə olduğu kimi əhalini mübarizəyə ruhlandırmağa çalışır. Lakin o uğursuz komandirə demək lazımdır ki, dövlətimizi, torpaqlarımızı geri ver. Gümrü əhalisi sizin xalqınız deyil”.
Qeyd edək ki, martın 31-də Gümrüdə Ağsaqqallar Şurasına növbədənkənar seçkilər keçiriləcək. Yerli idarəetmə oqranına nəzarəti ələ almaq uğrunda iqtidar və müxalifət arasında gərgin mübarizə aylar öncədən başlayıb.
Xatırladaq ki, Avarayr döyüşü 451-ci ildə sasanilərlə albanlar arasında olub. Lakin Ermənistan bunu illərdir Sasani-erməni müharibəsi kimi təqdim etməyə çalışaraq tarixi saxtalaşdırır. Hətta bu döyüşün nəticəsini “ermənilərin tarixi zəfəri” adlandırırlar.
Əliyar Xəlil
Globalinfo.az














