Paşinyan o xəritəni gündəmə gətirməklə böyük səhv etdi – Politoloq

Paşinyan o xəritəni gündəmə gətirməklə böyük səhv etdi - Politoloq

Ermənistan Baş naziri Nikol Paşinyan delimitasiyanı 1975-ci il xəritələrinə əsasən aparmağa hazır olduqlarını deyib. İddia edib ki, guya Azərbaycan danışıqlarda sərfəli mövqe əldə etmək üçün hərbi təzyiq siyasətini tətbiq edir.

Məsələ ilə bağlı Globalinfo.az-a danışan politoloq Cümşüd Nuriyev deyib ki, Paşinyan ərazi iddiaları ilə çıxış etməklə Rusiyanın tapşırıqlarını yerinə yetirir:

“Çünki o, əvvəlcə tamamilə ayrı bir bəyanatla çıxış etmişdi. Görünür, həmin bəyanatdan sonra Moskva onu həddən artıq hədələyib. Fikir verin, o, bir gün ərzində müxtəlif formada açıqlamalar verir, verdiyi bəyanatların hamısı isə bir-birinin əksidir. 1975-ci ilin xəritəsini gündəmə gətirməkdə Paşinyan böyük bir səhv edir. Onun xəritədən anlayışı olsaydı, belə ifadələr işlətməzdi”.

Paşinyan o xəritəni gündəmə gətirməklə böyük səhv etdi - Politoloq

Cümşüd Nuriyev

Politoloq deyib ki, Paşinyanı ağılsız hərəkətlər etməyə məcbur edirlər:

“Nikol hərtərəfli gərginlik altındadır. Peşəkar siyasətçi olmaması onu bu cür bəyanatlarla çıxış etməyə vadar edir. Paşinyanı narahat edən məsələ ölkə başçımızın Litvadakı çıxışıdır. Mayın 22-də Vilnüsdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Litva Respublikasının Prezidenti Gitanas Nausedanın iştirakı ilə Azərbaycan-Litva biznes forumu keçirilib. Orada Litva prezidenti Azərbaycan–Ermənistan arasında tezliklə sülh sazişinin olacağını gündəmə gətirib. Cənab Prezident isə çıxışında bildirir ki, Azərbaycan öz şərtlərini irəli sürüb. Biz BMT-nin 5 əsas prinsipi daxilində Ermənistanla sülh müqaviləsi bağlamağa hazırıq”.

Zaira Akifqızı
Globalinfo.az