Paşinyan məğlub oldu: “Sənədi orada imzalayacaq”

Paşinyan məğlub oldu: "Sənədi orada imzalayacaq"

“Zəngəzur dəhlizinin sülh müqaviləsindən çıxarılması o deməkdir ki, Baş nazir Nikol Paşinyanı hakimiyyətdə saxlayan “Sülhün qovşağı” layihəsi uğursuz oldu”.

Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Benyamin Matevosyan deyib.

Politoloq qərardan sonra Ermənistan üçün iki nəticənin çıxdığını bildirib:

“Əvvəla, sülh müqaviləsi Qarabağın növbəti dəfə təhvil verilməsi mənasına gələcək. Yəni N.Paşinyan bunu Bakı, Ankara, London və ya Vaşinqtonun göstərdiyi yerdə imzalayacaq.

İkincisi, “Sülhün qovşağı” layihəsi artıq Paşinyanın dalanı adlana bilər. Baş nazir məğlubiyyətə uğradı, çünki ona təqdim edilən siyasi layihəni reallaşdıra bilmədi”.

Əliyar Xəlil
Globalinfo.az