Ermənistan bu il Moskva ilə münasibətləri müsbət qiymətləndirir.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşü zamanı danışıb.
“Bu il Moskva ilə münasibətlərimizi müsbət qiymətləndirirəm. Prezident Vladimir Putinlə sıx dialoqlarım olur, bizim vitse-prezidentlər Avrasiya İqtisadi Birliyi və ikitərəfli münasibətlər çərçivəsində birgə işləyirlər”, – Paşinyan deyib.
*** 19:04
Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
“Sergey Viktoroviç Lavrov Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən qəbul edilib”, – nazirliyin teleqram kanalında paylaşılan məlumatında deyilir.
Paylaşıma Lavrov və Paşinyan əl sıxdıqları foto əlavə edilib.
*** 18:15
Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanda səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşüb.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Xəbər yenilənir…
Aysel Əliyeva
Globalinfo.az














