Paşinyan generallarla qapalı iclas keçirir: Azərbaycanla sərhəddə…

Paşinyan generallarla qapalı iclas keçirir: Azərbaycanla sərhəddə...

Ermənistan Baş naziri Nikol Paşinyan bu gün hökumətin iclasından sonra güc strukturlarının rəhbərləri ilə qapalı görüş keçirir. 

Globalinfo.az xəbər verir ki, bu barədə erməni KİV hökumətdəki mənbələrinə istinadən məlumat yayıb.

Görüşdə yüksək rütbəli hərbçilərin, xüsusən generalların iştirak etdiyi qeyd edilib.

KİV görüşün həm də Azərbaycanla əlaqəli olduğunu bildirib, lakin əsas versiya budur ki, baş nazir generallarla ölkədə keçirilən etiraz aksiyalarını müzakirə edəcək.

Digər versiyaya görə, Paşinyan Azərbaycanla sərhədin demarkasiyası məsələsini də gündəmə gətirəcək.

Əliyar Xəlil
Globalinfo.az