Paşinyan erməni xalqının maraqlarına xəyanət edir – Zatulin

“İrəvanın İsveçrədə keçiriləcək Ukrayna sammitində iştirakı Paşinyanın siyasi kursuna uyğundur”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin deyib.

“Mənə elə gəlir ki, hər şey Paşinyanın Ermənistanın Qərbə yönləndirilməsi və KTMT-dən çıxmaq siyasətinə uyğun gəlir. Rusiya ilə fasilə Paşinyanın fəal şəkildə məşğul olduğu dəyərlərin yenidən qiymətləndirilməsini tələb edir. Eyni zamanda, erməni apostol kilsəsi indi Ermənistan Baş nazirinin əsas hədəflərindən birinə çevrilib. Lakin Paşinyanın hərəkətlərini erməni xalqının təməl maraqlarına xəyanətdir. Bəs Ermənistan və Rusiya vətəndaşları bundan nə dərəcədə düzgün nəticə çıxaracaqlar?. Təəssüf ki, biz nəticələrə gecikmişik”, – deyə Zatulin vurğulayıb.

Xatırladaq ki, daha öncə məlum olmuşdu ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ukrayna ilə bağlı konfransda iştirak etmək üçün İsveçrəyə gedəcək.

Müşviq Tofiqoğlu
Globalinfo.az