Paşinyan: Azərbaycan və Ermənistan Brüsseldə görüşə razılaşıb

“Qranadada imzaladığım sənəd Azərbaycanın imzası olmadığı üçün yarımçıqdır”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan yerli İctimai TV-yə müsahibəsində deyib.

“Qranadadakı dördtərəfli görüşdə bir sıra vacib məqamlar oldu. Bu dəfə də Azərbaycan və Ermənistanın qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınmasının vacibliyi vurğulandı. Həmçinin Qarabağ ermənilərinin geri qayıda biləcəkləri qeyd edildi.

Mənfi tərəfi odur ki, bu görüş dördtərəfli oldu. Ona görə də bəyanatlar yarımçıq hesab edilir. Azərbaycanın tərəfinin imzası olmadığı üçün imzaladığım sənəddə çatışmazlıq var. Əgər bu imza olsaydı, o zaman ilin sonuna kimi sülh sazişinin imlanacağına 70 faiz əmin ola bilərdik”, – Paşinyan bildirib.

Paşinyan bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Brüsseldə görüşlə bağlı ilkin razılıq var.

Ayşən Mustafa
Globalinfo.az