Paris üçün təhdid artır: “Müharibə ola bilər”

Paris üçün təhdid artır: "Müharibə ola bilər"

Fransanın müstəmləkəsi olan Yeni Kaledoniyada kütləvi ixtişaşlar nəticəsində öldürülənlərin sayı 12 nəfərə çatıb.

Parisin adaya yaxın müddətdə əlavə texnika və jandarm yeridəcəyi gözlənilir.

Fransanın yürütdüyü bu siyasətin nətcəsi necə olacaq? İxtişaşlar genişlənə bilərmi?

Globalinfo.az-a danışan siyasi şərhçi Turab Rzayev deyib ki, Yeni Kaledoniyada etiraz aksiyalarının genişlənmə ehtimalı çox yüksəkdir:

“Ümumiyyətlə bu gün dünyada müstəqillik qazanmağa çalışan xalqlar çoxdur. Lakin Yeni Kaledoniya hazırda bunu ən çox istəyənlərdəndir. Fransa Yeni Kaledoniyanın öz müqəddəratını təyin etməsinə icazə vermir. Hətta məqsədyönlü şəkildə ada əhalisinin sayınıaz göstərir. Kanaklar adanın aborigen xalqı olduğu halda fransızlar daha çoxmuş kimi təəssürat yaradılır.

Paris üçün təhdid artır: "Müharibə ola bilər"

Turab Rzayev

Bundan başqa Fransa adanın keçirdiyi referendumları tanımır, birbaşa seçki prosesinə təsir edir. Hətta son illərdə adaya sırf bu məqsədlə fransızlar köçürülüb.

Əslində Yeni Kaledoniya sadəcə bir nümunədir. Afrikada karib hövzəsində bənzər vəziyyət var. Fransanın bütün müstəmləkələrindən etiraz səsi yüksəlir.

Vəziyyət elə bir həddə çatıb ki, Avropadakı Korsika belə müstəqil olmaq istəyir. Bütün bunlar Parisin sərgilədiyi imperialist siyasətin nəticəsidir”.

“Vəziyyət belə davam edərsə Fransa daha ciddi nəticələrlə üzləşəcək. Yəni hazırda Kaledoniyada mübarizə sivil yolla aparılır. Amma bu, heç vaxt belə davam etməyəcək. Kanaklar Parisə qarşı müstəqillik hərəkatına başlaya bilər”, – politoloq bildirib.

Turan Rzayev
Globalinfo.az