Pakistanda dəhşət: 450 sərnişin girov götürüldü

Pakistanda dəhşət: 450 sərnişin girov götürüldü

Pakistanın Bəlucistan bölgəsində 450 nəfərdən çox sərnişini daşıyan qatar silahlılar tərəfindən hücuma məruz qalıb.

Globalinfo.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Qatarın silahlı qrupun nəzarətində olduğu iddia edilib.

Pakistan polisi yerli jurnalistlərə bildirib ki, hücum zamanı qatar maşinisti də daxil olmaqla 3 nəfər yaralanıb.

Hadisə yerinə təhlükəsizlik qüvvələrinin göndərildiyi əlavə olunub.

Hücuma görə, silahlı separatçı “Bəlucistan Azadlıq Ordusu” qruplaşması məsuliyyəti öz üzərinə götürüb.

Əliyar Xəlil
Globalinfo.az