Ölkəmizdə özəl sektor: 2025-ci ilin prioritetləri… – Vüsal Şıxəliyev

Ölkəmizdə özəl sektor: 2025-ci ilin prioritetləri… - Vüsal Şıxəliyev

“Azərbaycanda özəl sektorun qarşılaşdığı məsələlər və onların həlli yolları 2025-ci ilin prioritetləri sırasında yer alacaq”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev “Su şəbəkəsinə qoşulma” İşçi qrupunun mətbuat konfransında deyib.

O, su şəbəkələrinə qoşulma sahəsində islahatların və yeni tariflərin əhəmiyyətini vurğulayaraq, yeniliklərin biznes mühitinə müsbət təsirini qeyd edib:

“Kommunal xidmətlər çərçivəsində su şəbəkəsinə qoşulmanın təkmilləşdirilməsi və yeni tariflərin təsdiqi bu sahədə sadələşmə ilə yanaşı, həm xərclər, həm də prosedurların şəffaf şəkildə təqdim olunmasına əlverişli imkanlar yaradıb. Davamlı dəyişikliklər bizim üçün əsas məsələlərdən biridir. Buna görə də, özəl sektoru maraqlandıran məqamları diqqətə almaq, onların qarşılaşdığı problemləri dinləmək vacibdir. Bu görüşdə iştirakçılarla birgə 2025-ci ilin yol xəritəsində əks olunacaq tədbirləri müəyyənləşdirəcəyik”.

O əlavə edib ki, görüş çərçivəsində həm islahatların təqdimatı, həm də yeni hədəflərin və prioritetlərin müəyyən edilməsi istiqamətində iş aparılacaq.
Zaira Akifqızı
Globalinfo.az