Məşhur türk müğənni və aktrisasına vəzifə verildi

Məşhur türk müğənni və aktrisasına vəzifə verildi

Türkiyənin məşhur müğənnisi Orxan Gəncəbay və “Yeşilçam”ın ulduzlarından Hülya Koçyigitə vəzifə verilib.

Globalinfo.az bildirir ki, bu barədə Türkiyənin “Rəsmi qəzet”i məlumat yayıb.

Hər iki sənətçi Mədəniyyət və İncəsənət Siyasətləri Qurumuna üzv təyin ediliblər.

Bundan başqa Türkiyə Prezident Administrasiyasının tərkibindəki 10 quruma ümumilikdə 140 təyinatın həyata keçirildiyi açıqlanıb.

Əliyar Xəlil
Globalinfo.az