Ordumuz məhv etdi: onlardan 3 ildir xəbər yoxdur

İrəvanda hökumət binası qarşısında aksiya keçirilir.

Globalinfo.az xəbər verir ki, aksiyada müharibədə övladları itkin düşən valideynlər iştirak ediblər.

“Artıq üç ildir övladlarımızdan xəbər yoxdur. Milli Təhlükəsizlik Xidməti məsələ ilə məşğul olmur. Bütün strukturlar övladlarımızı unudublar”, – aksiya iştirakçıları bildiriblər.

Onlar Baş nazir Nikol Paşinyandan suallara cavab tələb ediblər.

Tamerlan Yayaqan
Globalinfo.az