Ordubadda zəlzələ oldu

Ordubadda zəlzələ oldu

İranın Mərənd şəhərində baş verən zəlzələ Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda da hiss edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Məlumata görə, Ordubad stansiyasından 50 km cənub-şərqdə İran ərazisində zəlzələ qeydə alınıb. Yeraltı təkanlar Ordubad şəhərində saat 20:45-də 3 bala qədər hiss olunub.

Qeyd edək ki, İranın Mərənd şəhərində qeydə alınan zəlzələnin ocağı 9 kilometr dərinlikdə yerləşib və maqnitudası 4,4-ə bərabər olub.