Onlar da köçdülər… – FOTOLAR

Onlar da köçdülər... - FOTOLAR

Sentyabrın 11-də Xocalının Şuşakənd kəndinə ilk qayıdış olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

“Böyük Qayıdış” proqramı çərçivəsində ilk mərhələdə kəndə 15 ailədən ibarət 59 keçmiş məcburi köçkün qayıdıb.Bu gün mənzillərin açarları ailələrə təqdim edilib.

Şuşakənd kəndində sakinlərin rahat və təhlükəsiz yaşayışı üçün bütün zəruri infrastruktur yaradılıb. Kənddə müasir standartlara cavab verən yeni yollar çəkilib. Sakinlər elektrik enerjisi, təbii qaz və içməli su ilə tam təmin olunub. Bununla yanaşı sosial obyektlərin fəaliyyətə başlaması üçün də zəruri şərait yaradılıb.Tədbirdə çıxış edən Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov sakinləri tarixi dönüş münasibətilə təbrik edib, onlara doğma torpaqlarında firavan və əmin-amanlıq içində yaşamalarını arzulayıb.

***

Xocavənd rayonunun Sos kəndinə də köç karvanı yola düşüb.

Globalinfo.az xəbər verir ki, Sos kəndinə 45 nəfərdən ibarət 10 ailə yola salınıb.

Qeyd edək ki, bu gün erkən saatlarda Xocavənd rayonunun Qırmızı Bazar, Xocalı rayonunun isə Şuşakənd kəndinə növbəti köç karvanı yola salınıb. 10 ailə (39 nəfər) Qırmızıbazar, 15 ailə (59 nəfər) isə Şuşakənd kəndində məskunlaşacaq.

X X X

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdışa dair I Dövlət Proqramı” davam etdirilir.

Globalinfo.az xəbər verir ki, Xocalı rayonunun Şuşakənd kəndinə və Xocavənd rayonunun Qırmızı bazar qəsəbəsinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Qeyd edək ki, ilk mərhələdə Şuşakəndə 15 ailə – 59 nəfər, Qırmızı bazara 10 ailə, 39 nəfər köçürülüb.

Maraqlısı isə budur ki, doğma yurdlarından işgəncə və məcburiyyətlərlə çıxan ailələr bu dəfə könüllü köçürlər. Özü də həsrətlə gözlədikləri diyara…

Onlar da köçdülər... - FOTOLAR
Onlar da köçdülər... - FOTOLAR
Onlar da köçdülər... - FOTOLAR