
Tehran ABŞ-dan İslam Respublikasına qarşı təcavüzkar addımların bir daha təkrarlanmayacağına dair konkret cavab gözləyir.
Globalinfo.az-ın xəbərinə görə, bu barədə İran Xarici İşlər Nazirinin müavini Məcid Təxt-Rəvanci “BBC”yə verdiyi müsahibədə deyib. Onun sözlərinə görə, rəsmi Tehran Vaşinqtonla hər hansı danışıqlara başlamazdan əvvəl ölkənin obyektlərinə hücumların yenidən baş verə biləcəyini nəzərə almaq məcburiyyətindədir.
Təxt-Rəvanci əlavə edib ki, ABŞ tərəfi İranla nüvə danışıqlarının bərpasını təklif edib və eyni zamanda vasitəçilər vasitəsilə Ayətullah Əli Xameneiyə sistem dəyişikliyi və ya sui-qəsd niyyəti olmadığını çatdırıb.
İranlı diplomat bu bəyanatların Tehranın danışıqlara münasibətində və regional sabitliyin qorunmasında əhəmiyyətli rol oynayacağını vurğulayıb.
Tahir Turan
Globalinfo.az